Yuxarı

Prezident göstərişi: Bir gecədə 200 aparat gətirildi - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident göstərişi: Bir gecədə 200 aparat gətirildi - Video

Azərbaycanda fəsadlaşmış, kritik vəziyyətə düşmüş xəstələr üçün kifayət qədər süni tənəffüs aparatı hazır vəziyyətdədir.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, bu gün dünyada belə avadanlıqlara əlçatanlıq çox çətindir.

Rəşad Mahmudov qeyd edib ki, bu cür vəziyyətdə Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə, zamanında verilən qərarla Azərbaycana bir gecədə 200 süni tənəffüs aparatı gətirilib.

“Bir gecənin içərisində 200 süni tənəffüs aparatının ölkəyə əlavə olaraq gətirilməsi biz səhiyyəçiləri xeyli rahatlaşdırdı”, - deyə Rəşad Mahmudov əlavə edib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ən son məlumatına görə, Azərbaycanda koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş daha dörd nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırda Azərbaycanda 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Bundan əvvəl isə altı nəfər koronavirusdan sağalmışdı.

Azərbaycanda koronavirusdan cəmi bir ölüm faktı qeydə alınıb.

Tarix
2020.03.19 / 11:43
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla