Yuxarı

Korona üçün isti havaya ümid etməyin – Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus infeksiyasının müsbət 56 dərəcədə ani olaraq, 37 dərəcədə isə təxminən 15 dəqiqəyə məhv olduğu deyilir. Bu məlumat havaların istilənməsi və temperaturun yüksəlməsi ilə infeksiyanın da öz gücünü itirəcəyi, yay aylarında isə tamamilə məhv olacağı fikrini yaradır.

Mövzunu Axar.az-a şərh edən respublikanın baş infeksionisti Cəlal İsayev bildirib ki, koronavirusun COVİD-19 ştamı 3-4 aydır aşkar olunan virus olduğuna görə hələ öyrənilir. Həkim bildirib ki, bu günə qədər koronavirusla bağlı deyilən fikirlər ümumi koronaviruslara iddir:

“Koronavirusun bu dəfə aşkarlanan və bütün dünyaya yayılan yeni növü hələ tam öyrənilməyib. Hazırda belə hesab edirlər ki, koronavirus 37 dərəcədə bir günə qədər qala bilir. 57 dərəcə temperaturda isə bu virus 10 dəqiqəyə məhv olur. Havaların istilənməsi ilə koronavirus təhlükəsininn azalması, bu virusun tamamilə çəkilməsi ehtimalı var. Bəzi mütəxəssislər hesab edir ki, havaların istiləşməsi epidemiyanın yayılmasında dəyişikliklərə səbəb olacaq. Ancaq bunu da unutmaq lazım deyil ki, bu yeni bir virusdur. Biz bu virus haqqında öyrənirik və hələ uzun müddət öyrənəcəyik. İndi mütəxəssislərin bu koronavirusla bağlı dedikləri təxminlərdir. Çünki koronavirusun COVİD-19 ştamı əvvəllər mövcud olmayıb. Bu səbəbdən yeni koronavirusun bütün əlamətlərini bilmirik”.

C.İsayev bildirib ki, bu xəstəlik insan orqanizmindədir və havaların istiləşməsi ilə orqanizmdən xəstəlik xaric olmayacaq:

“Virus isti havada məhv ola bilər. Ancaq orqanizmdə xəstəlik qalır axı. Belə olduğu təqdirdə xəstə insanlardan sağlam insanlara keçmə ehtimalı artır. Məsələn, Birləşmiş Ərəb Əmirliklərində, Səudiyyə Ərəbistanında, Qətər kimi isti ölkələrdə bu xəstəliyə yoluxma halları qeydə alınıb. Yəni bu infeksiya insana keçibsə, insan buna yoluxubsa, hava temperaturundan asılı olmayaraq, xəstəlik digər insana keçə bilir. Sadəcə həmin yerlərdə virusun xarici dözümlülüyü az olur, bu da isti hava şəraiti ilə əlaqədar olan bir şeydir. Məhz buna görə havaların istiləşməsinə görə müəyyən ümidlər etmək mümkündür. Ancaq yenə də deyirəm, bu virus yeni virusdur və məhz bu səbəbdən onun özünü necə aparacağını, yeni situasiyada bu epidemioloji hərəkətliliyin necə dəyişəcəyi ilə bağlı hələlik dəqiq bir söz demək mümkün deyil”.

C.İsayev bildirib ki, havaların isinməyinə ümidlənməkdənsə, hamı öz tədbirini görməli, özünü maksimum dərəcədə təcrid etməlidir:

“Havaların istiləşməsinə ümidimizi bağlamamalıyıq. Tədbirlər görməliyik. Bu tədbirlər də özümüzü izolyasiya etməkdən, bacardığımız qədər hər kəsdən və hər yerdən təcrid olunmaqdan, vacib səbəb olmadan gedəcəyimiz yerləri təxirə salmaqdan ibarətdir. Bunları edəriksə, Nazirlər Kabinetinin qərarlarına uyarıqsa, koronavirusa qarşı mübarizədə xeyli üstünlük əldə etmiş olarıq. Məhz bu baxımdan, sizin vasitənizlə də bütün vətındaşlara çağırış edərək demək istəyirəm ki, qərarlara və tövsiyələrə uyun”.

Tarix
2020.03.30 / 12:49
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla