Yuxarı

Koronada ən çox qorxduğumuz məqam budur – ÜST

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronada ən çox qorxduğumuz məqam budur – ÜST

Bu virusa qarşı immunitet yoxdur.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya Federasiyasındakı nümayəndəsi Melita Vujnoviç mediaya geniş müsahibəsində deyib.

Melita Vujnoviç bildirib ki, hələ virusa yoluxmuş adamların sonrakı aqibətinin necə olacağı məlum deyil:

“Ölkələrin adını çəkmək istəmirəm, amma onların adlarını yaxşı bilirsiz. Bax, indi karantin var. Bu ssenarilərin qarşısı alınmalıdır. Biz hələ bilmirik ki, virusa yoluxmuş adamların sonrakı aqibəti necə olacaq. 2009-cu il pandemik qripi xatırlayırsınızsa, hamilə qadınlar da ölürdü. O zaman media fərqli idi, sosial şəbəkələr yox idi. İnsanlar məlumatı bir mənbədən öyrənirdilər və fərqli davranırdılar. Ancaq Allaha şükür, bu qrip virusu daha az ölümcül oldu. Niyə? Çünki qrip insanlarda olmuşdu, müəyyən immunitet vardı. İndi isə fərqli situasiyadır, praktiki olaraq bu virusa qarşı immunitet yoxdur. Bu səbəbdən bu virus çox zəif səhiyyə sistemi olan dövlətə girərsə, ölüm faizi daha yüksək olacaqdır. Qorxduğumuz şey budur”.

ÜST rəsmisi infeksiyanın süni şəkildə yetişdirilməsi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib:

“Bütün alimlərdə belə bir möhkəm inam var ki, bu xəstəlikdir. Çünki elm adamları koronovirusun genomuna baxdılar və o qərara gəldilər ki, normal bir virusun bütün xüsusiyyətlərinə malikdir”.

Tarix
2020.04.16 / 12:17
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla