Yuxarı

Havalar soyudu: infeksiyanın yayılması sürətlənir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soyuq hava koronavirus infeksiyasının yayılması üçün əlverişli şərait yaradır. Bu virus müsbət 5-10 dərəcə temperaturda daha sürətlə yayılır. Ancaq bu, virusun aktivləşməsi üçün əsas səbəb hesab edilmir.

Bu sözləri Axar.az-a açıqlamasında baş infeksionist Cəlal İsayev bir neçə gündür havaların soyumasının infeksiyanın artım və inkişaf tempinə təsiri barədə danışarkən deyib. C.İsayevin sözlərinə görə, mövsümlə bağlı havaların istiləşməsi ilə xəstələrin sayının azalması gözlənilir:

“Hələ görürsünüz ki, havalar sərin keçir. Ancaq həftə sonundan havaların istiləşəcəyi gözlənilir. Əsas odur ki, insanlar qoyulan qadağalara əməl etsin. Çünki virusun artması hava temperaturundan daha çox, yaxın təmasdan asılıdır. İnsanlar arasında təmas sıfra enməlidir. Bu olmasa, gördüyümüz bütün tədbirlər heçə gedəcək”.

C.İsayev onu da qeyd edib ki, xüsusi karantin rejimi aradan qaldırılandan sonra normal həyata keçid mərhələli formada baş verəcək:

“Əyləncə mərkəzləri, restoranlar, şəhərin mərkəzi hissələrinə giriş birdən-birə açılmayacaq. Bu proses təxminən 1 aya qədər vaxt aparacaq. Karantin müddəti bitəndən sonra qadağalar bir ay müddətində mərhələli şəkildə yumşaldılacaq”.

Tarix
2020.04.24 / 13:32
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla