Yuxarı

Xınanın dərman kimi faydaları nələrdir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xına boya və dərman əhəmiyyətli bitki kimi çox qədim zamanlardan istifadə edilir. Qədim misirlilərin qəbirlərində xınanın qurudulmuş yarpaqları tapılıb. Məhəmməd peyğəmbər onun çiçəklərinin ətrini çox sevirmiş. Xristianların müqəddəs kitabı olan İncildə də bu bitkinin adı çəkilib. Mərkəzi Asiya ölkələrində xınadan bədəndə döymə naxışların, yazıların və şəkillərin vurulması böyük populyarlıq qazanıb.

Axar.az xəbər verir ki, boyaq və dərman əhəmiyyətli vasitə əldə etmək üçün xınanın yarpaqlarını payızda toplayır, qurudub xırdalayır və hər 10 kiloqramına 1 kiloqram gənəgərçək tozunu əlavə edirlər. Alınan qarışıq qırmızı rəngli tozdan ibarət olur. Xınanın tozunu dərhal qablaşdırır və vakuumda saxlayırlar, çünki adi şəraitdə saxladıqda tez xarab olur və sıradan çıxır.

Xına təkcə boyayıcı maddə deyil, həm də müalicəvi xüsusiyyətlərə malik olan bir vasitədir. Xına çox güclü dezinfeksiyaedici təsirə malik olduğuna görə onu yaraların və zədələrin, həmçinin dermatoloji və sümük xəstəliklərinin, baş ağrılarının müalicəsində istifadə edirlər. Onunla məşğul olan həkimlərin dediyinə görə, stomatit, dil, yanaq və dodaqlarda yaranan xoralar zamanı xına ilə qarqara etmək faydalı təsir göstərir.

Kəskin iltihab və abseslərdə, kürək nahiyəsində ağrılar baş verdikdə qızılgül yağı, təbii mum və xınanın ekstraktının qarışığı çox səmərəli sakitləşdirici təsir göstərən vasitə kimi tətbiq olunur. Diş ağrılarında xınanın tozunu su ilə qarışdırıb dişin oyuğuna qoyurlar. Xına tozunun sıyığı baş ağrıları zamanı həmin nahiyələrə yaxılır.

Xalq təbabətində xına uşaqlarda təsadüf edilən xənazir (zolotuxa), həmçinin ekzema və digər çətin sağalan dəri xəstəliklərinin müalicəsində tətbiq olunur.

Tarix
2020.05.01 / 02:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla