Yuxarı

E.Tofiqqızının ölümü ilə bağlı ekspertiza prokurorluğu qane etmədi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
E.Tofiqqızının ölümü ilə bağlı ekspertiza prokurorluğu qane etmədi

Elnarə Tofiqqızının ölümü ilə bağlı yenidən ekspertiza keçiriləcək.

Nəsimi Rayon Prokurorluğundan verilən məlumata görə, E.Tofiqqızının ölümü ilə bağlı keçirilən komisyon ekspertizanın rəyi istintaqı qane etməyib.

Təqdim edilən rəydə ciddi boşluqlar və natamam faktlar olduğu əsas götürülərək, yenidən ekspertiza keçirilməsinə qərar verilib.

Komisyon rəydə bildirilib ki, aparılan ekspertiza ilə E.Tofiqqızı üzərində anestezioloqun düzgün anesteziya əməliyyatı aparmadığı, nəticədə xəstənin ağciyərinin funksiyasının pozulduğu və onun tənəffüs çatışmazlığından vəfat etdiyini müəyyən olunub.

E.Tofiqqızının həyat yoldaşı Anar Niftəliyev də komisyon rəylə razılaşmayaraq, Baş prokurora müraciət edib.

1977-ci il təvəllüdlü E.Tofiqqızı sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizaların ilkin rəyinə əsasən, E.Tofiqqızının asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Baş verən hadisə ilə bağlı E.Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin də ifadəsi alınıb. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Prokurorluqdan həmçinin bildirilib ki, hadisə ilə bağlı saxlanılan yoxdur və hazırda araşdırma aparılır ( APA).

Tarix
2013.12.20 / 10:24
Müəllif
Axar.az
Digər xəbərlər

Abbas Arakçı Bakıya yola düşdü

Tramp Zəngəzur dəhlizinin açılmasında maraqlıdır – Vəliyev

Hacıyev və Qriqoryanın müzakirəsi - Video

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla