Yuxarı

Göz gigiyenasına necə əməl etmək olar? - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun müddət mütaliə etmək, telefon, kompüter və planşetlərdən istifadə etmək görmə qabiliyyətinə çox mənfi təsir göstərir. Həmin təsirləri aradan qaldırmaq üçün, ilk növbədə, göz gigiyenasına əməl etmək və göz idmanı ilə məşğul olmaq məsləhətdir.

Axar.az xəbər verir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-oftalmoloqu Gültəkin Məmmədova Azərtac-a göz idmanının əzələlərin möhkəmlənməsinə kömək etdiyini bildirib:

“Gözün daxilində əzələlər var və onların uzun müddət eyni vəziyyətdə qalması görmə qüsurlarına aparıb çıxarır. Açıq havada olanda gözün yığılmış əzələləri boşalmış olur və uzağa baxanda göz əzələləri istirahət edir”.

Həkimlərin dediyinə görə, həmin göz hərəkətlərinə mütəmadi əməl etmədikdə müəyyən problemlər baş verir:

“Xəstələr çox vaxt şikayətlənirlər ki, müəyyən vaxt işləyəndən sonra başını qaldıranda uzağı dumanlı görürlər. Onlar, həmçinin gözlərdə sulanma, alın nahiyəsində ağrılardan da şikayət edirlər. Ona görə də profilaktika üçün göz idmanı etmək məsləhətdir. Məsələn, belə bir asan qayda var: 20 dəqiqə işləyəndən sonra 20 saniyə 20 addım məsafəsinə baxmaq məsləhətdir”.

Gimnastik göz hərəkətlərinə yaşından asılı olmayaraq hər kəs riayət etməlidir.

Tarix
2020.05.07 / 10:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla