Yuxarı

Parça maskalardan istifadə qaydaları – TƏBİB açıqladı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Parça maskalardan istifadə qaydaları – TƏBİB açıqladı

Hər kəs maska taxmalıdır. Artıq ölkədə kifayət qədər maska ehtiyatı var, lakin qıtlıq yaransa belə, insanlar ev şəraitində hazırlanmış maskalardan istifadə etməlidir.

Axar.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

R.Bayramlı parça maskalardan istifadə qaydalarına dair tələbləri də açıqlayıb:

- Sıx və bir neçə qat parçadan olmalı, üzdə rahat oturmalıdır;

- İplə başın arxasında bağlamaqla və ya rezin halqaları qulağın üstündən keçirməklə bərkitmək lazımdır;

- Rahat nəfəs almağa imkan verməlidir;

- Zədələnmədən və forması dəyişilmədən əllə və ya maşında yuyulub ütülənməlidir.

Parça maskadan istifadə zamanı istifadə ilə bağlı nələri bilməliyik:

- 2 metrlik sosial məsafəni təmin etməklə yanaşı, maskadan istifadə edilməlidir;

- Parça maskaların çıxarılması zamanı əl ilə gözə, buruna və ağıza toxunmamalı və maskanı çıxardıqdan dərhal sonra əllər sabunla yuyulmalıdır;

- Həkim və tibb işçilərinin N-95 və digər tibbi maskalara artan ehtiyacı nəzərə alaraq, digər insanlara parça maskalardan istifadəyə üstünlük verilməsi məsləhət görülür;

- Parça maskaları 6 yaşdan aşağı uşaqlar, nəfəs almaqda çətinlik çəkənlər, huşunu itirmiş, halsız və kömək olmadan maskanı çıxara bilməyən adamların taxmaları məsləhət deyil.

Tarix
2020.05.09 / 17:30
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla