Yuxarı

Koronanın “xeyiri”: uşaqlar 3 aydır xəstələnmir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronanın “xeyiri”: uşaqlar 3 aydır xəstələnmir

Üç aya yaxındır ki, apteklərdən uşaqlar üçün nəzərdə tutulmuş hərarətsalan dərmanlar və şamlar alınmır.

Bu barədə Axar.az-a danışan aptek satıcısı bildirib ki, ay ərzində hərarətsalan siroplar da satılmayıb.

Satıcıların sözlərinə görə, hər il fəsil dəyişikliyi zamanı, xüsusilə yaz və payız aylarında uşaqlar arasında qrip, soyuqdəymə çox yayılırdı. Bu il mart, aprel və may aylarında nadir istisnalarla belə hal müşahidə edilməyib.

“Martda depodan 5 hərarət siropu sifariş vermişdik. Həmin siroplar hələ də aptekdədir. Halbuki əvvəllər hər gün az qala 5 qızdırma siropu satırdıq”, - əczaçı bildirib.

Pediatrların sözlərinə görə, pandemiya ilə əlaqədar məktəblərin və bağçaların fəaliyyətinin müvəqqəti olaraq dayandırılması respirator virusların kütləvi yayılması hallarının qarşısını alıb. Eyni zamanda, uşaqların evdə olması, vaxtaşırı gigiyenik tövsiyələrə əməl edilməsi də mövsüm viruslarının daha az yayılmasında rol oynayıb.

Tarix
2020.05.11 / 11:04
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla