Yuxarı

Şok araşdırma: Telefon və kompüter beyni yandırır - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şok araşdırma: Telefon və kompüter beyni yandırır - Video

2020.05.12 23:21

Gündəlik və çox müddətdə mobil vasitələrdən istifadə və kompüter arxasında çox oturmaq insanın baş beynində çoxsaylı zərərli dəyişikliklər yaradır.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, yapon alimləri yeni elmi tədqiqatlatının nəticəsi olaraq dəhşətli faktlar açıqlayıblar.

Alimlər bildirir ki, hər gün rəqəmsal texnologiyalardan çox istifadə beynin qızmasına və yanmasına səbəb olur.

Nəhəng informasiya axını beyinə daxil olur və beyin tərəfindən saf-çürük olunmağa zaman belə qalmadığından lazımsız informasiya arxivlənir, beyin şöbələri zibillənir, nəticədə insanın beyni yorulur, o ətrafda və özündə nə baş verdiyini anlamır. Bu sindrom daha çox 35-65 yaş arası insanlarda geniş yayılıb.

Neyrocərrahlar da bu sindromu təsdiqləyir. Onlar deyir ki, beyində informasiyanı həll edib, toplayıb saxlayan prefrontal kötük nahiyəsi var. O, alın hissəyə yaxın yerləşir. Bu zona yaddaş, qərar vermək və qarşıya çıxan problemi çözmək üçün də ayrılıb.

Həddən artıq telefon, internet, kompüter istifadəsi bu hissəni yükləyir, lazımi informasiyaya yer qalmır, getdikcə yaddaş pozulur, insan sadə məsələləri belə həll edə bilmir. Nəticədə həmişə başı və xüsusən alın hissəsi ağrıyır. Bu insanlar işdə, təhsildə irəli gedə bilmir, çox sayda səhvlər buraxır.

Yapon alimləri məsləhət də veriblər. Telefon və kompüterdən istifadəyə konkret vaxt qoyun. Eyni zamanda ikisinə də baxmayın. Film izləyərkən və ya kompüterdə işləyərkən telefon əlinizdə olmasın.

Yemək yeyərkən telefona baxmayın, yemək zamanı başqa informasiya almaq olmaz.

Mütləq günlük yuxu normasına əməl edin. Kompüterdə çalışanlar sutkada 8-9 saat yuxusunu almalıdır. Beyin yuxuda yükləmələrdən azad olur.

Qeyd edək ki, ÜST də telefon və kompüterdən çox istifadənin əhalinin ömrünün qısalmasına və xəstəliklərin artmasına səbəb olacağı barədə bildirib.

Tarix
2020.05.17 / 14:39
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh heç vaxt təmin olunmur - Papuaşvili

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Overçuk Zəngilanda səfərdədir: Mühüm iclas keçirildi - Foto

Sahibə Qafarova Matviyenko ilə görüşdü: AZAL təyyarəsi...

Simonyanla Qafarova ayaqüstü görüşdü - Foto

Rusiyalı iş adamlarının Qarabağda quruculuqda iştirakı...

Azərbaycan Rusiya ilə sənədlər imzaladı

Ermənistandan 960 dollara nə almışıq? - İrəvan təkzib etdi

Kremldən AZAL təyyarəsi ilə bağlı açıqlama

Mustafayevdən Rusiya açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla