Yuxarı

Koronanı inkar etməyin, həddən artıq da qorxmayın - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronanı inkar etməyin, həddən artıq da qorxmayın - Video

13:23

Koronavirusun varlığını inkar edənlər bu gün üçün çox təhlükəlidir. Həmin insanlar reallığı inkar edir. Bu, insan psixologiyası üçün normal hal deyil.

Axar.az xəbər verir ki, bu sözləri tibb üzrə professor Gəray Gəraybəyli deyib.

O qeyd edib ki, xəstəliyi nə inkar etmək, nə də həddən artıq qorxmaq lazımdır:

“Həddindən artıq qorxan adam ancaq özünə əzab verir, bundan əziyyət çəkir, stress keçirir. Bu, onda yuxu pozuntusu, iştahsızlıq kimi hallara gətirib çıxarır. Pandemiyanı inkar edənlər isə xəstəliyə inanmadıqları üçün təhlükəsizlik qaydalarına riayət etmirlər: sosial məsafəni qorumur, maska taxmır və digər tövsiyələrə qulaq asmırlar. Nəticədə yalnız özləri üçün yox, həm də yaxınları, ailə üzvləri, ətrafdakıların hamısına risk yaratmış olurlar. Virusun daha da yayılmasına, yoluxma hallarının yüksəlməsinə səbəb olurlar”.

Həkim bildirib ki, bu xəstəliyi hərə bir cür keçirdiyi üçün əvvəlcədən nəticənin necə olacağını demək çətindir:

“Xəstəliyə inanmayan adam qorunmadığı üçün virusa yoluxma halı yüksək olur. COVİD-19-a yoluxan insanlarda xəstəliyin necə keçəcəyini, hansı formada olacağını əvvəlcədən bilmək mümkün deyil. Bu baxımdan, virusun inkar etmək böyük təhlükədir”.

Tarix
2020.05.13 / 14:27
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla