Yuxarı

Doğum sonrası depressiyadan necə çıxmalı?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Doğum sonrası depressiyadan necə çıxmalı?

Son aylar qadınlarda doğuşdan sonra yaşanan depressiya halları artıb. Səbəblər müxtəlifdir. Ancaq karantin günlərində küçəyə çıxmaqla bağlı tətbiq edilən qadağa bu depressiv halı daha yayğın edib.

Bu sözləri Axar.az-a psixoloq Könül Telmanqızı hamiləlikdən sonra qadınlarda müşahidə edilən depressiyanın son günlər artma səbəbləri barədə danışarkən deyib. Psixoloq qeyd edib ki, doğuşdan sonra yaranan postnatal depressiyanı hər qadın heç də eyni cür keçirmir. Bu dövrdə qadına dəstək olmaq vacibdir:

“Yeni bir varlığı dünyaya gətirmək qadında həm hormonal, həm də duyğusal anlamda dəyişilmələrə, dalğalanmalara səbəb olur. Bəzən hormonların belə sürətlə dəyişməsi depressiya yaradır. Doğuşdan sonrakı depressiyanın əsas əlamətləri ananın çox yatmaq istəməsi, öz körpəsinə marağının azalması və ona qayğı göstərməkdə çətinlik çəkməsidir.

Bu depressiya zamanı qadın əvvəllər reaksiya vermədiyi məsələlərə emosional reaksiya göstərir, tez-tez ağlayır. Depressiya ağır şəkildə olub, bir il belə davam edə bilər. Analıq haqqında real gözləntilərə sahib olmaq, özünüzə vaxt ayırmaq, ünsiyyət qurmaq, qohumlardan sosial dəstək istəmək, tək qalmamaq, mümkün qədər təmiz havada çox vaxt keçirmək doğuşdan sonrakı depressiyanın aradan qalxmasına kömək edir. Bu dönəmlərdə vacib məqam qadının yaxınları tərəfindən diqqət, qayğı görməsi və həyat yoldaşının dəstəyini almasıdır”.

Tarix
2020.05.16 / 17:28
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla