Yuxarı

Yoluxmaların sayında artım var - Harmancı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yoluxmaların sayında artım var - Harmancı

Koronavirusun ikinci dalğasından qorxmamalıyıq.

Axar.az xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hər dalğa koronavirusa nə qədər qalib gəldiyimizin sübutudur:

"İkinci dalğanın olub-olmadığını yalnız geriyə baxdıqda, rəqəmlər əsasında deyə bilərik. Hazırda yoluxmaların sayında artım var. Biz hazırda düzgün müalicə üsulları və vaksini gözləməklə yanaşı, yeni həyata öyrəşməliyik. Sosial məsafə qaydaları, gigiyena tədbirlərini yaxın bir il ərzində gözləməliyik ki, xəstə sayı artmasın".

O əlavə edib ki, testlərin aparılması və təkmilləşdirilməsi davam edir:

"Yaxın zamanda insanın koronavirusu keçirib-keçirmədiyini müəyyənləşdirən testlər tətbiq olunacaq. ÜST Azərbaycanla əməkdaşlıq çərçivəsində kütləvi yerlərdə bu testləri tətbiq edəcək. Nə qədər çox insan bu virusa yoluxub, sağalıbsa, geridə qalanlar bir o qədər təhlükəsizdir".

Hande Harmancı bildirib ki, virus 5 aydır yayılıb və bir insanın ikinci dəfə virusa yoluxub-yoluxmayacağını öyrənmək üçün zaman lazımdır:

"Biz bildiririk ki, insanda virusa qarşı immunitet formalaşacaq. Lakin bunu öyrənmək üçün də vaxt lazım olacaq".

Tarix
2020.05.22 / 10:05
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Ərdoğanın görüşü ilə bağlı daha bir paylaşım...

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

Ərdoğan Zəfər Günü ilə əlaqədar paylaşım etdi

Prezidentlər Şuşa qalası önündə - Foto

Əliyev və Ərdoğandan qardaşlıq mesajı - Foto

Prezidentlər Zəfər abidəsinin önünə əklillər qoydular

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Birinci xanımlar çay süfrəsi arxasında söhbət etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla