Yuxarı

Bu klinikada artıq korona testi götürülmür – Səbəb

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu klinikada artıq korona testi götürülmür – Səbəb

COVİD-19 testi götürən 3 özəl klinikadan biri artıq bu xidməti göstərmir.

Axar.az xəbər verir ki, “Referans” klinikasında hazırda koronavirus testi götürülmür.

Klinikadan bildirilib ki, tibb müəssisəsinin bu xidməti dayandırmasına səbəb testin aparılması üçün ləvazimatların olmamasıdır.

Xatırladaq ki, koronavirus testlərin özəl kliniklardan “İnci” laboratoriyası, “Referans” klinikası və "Memorial Klinik"də aparılırdı.

Qeyd edək ki, koronavirusun aşkarlanması üçün özəl klinikalarda götürülən testlərin qiyməti 40-130 manat arasında dəyişir. Testlər həm yaxma nümunəsi götürülməklə, həm də qan analizi vasitəsilə aparılır. Qan müayinəsinin qiyməti 40-110 manat arasında dəyişir. Bu analizin nəticəsi gün ərzində məlum olur.

Burundan yaxma nümunəsi götürülməklə aparılan müayinələr PSR üsulu ilə olur və onun nəticəsi 24-48 saat ərzində açıqlanır. PSR üsulu ilə aparılan müayinənin qiyməti təxminən 100-130 manatdır.

Tarix
2020.06.18 / 15:31
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla