Yuxarı

Sərt karantin nəticə vermir: Yalnız bir yol var - Professor

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkədə sərt karantinin 4-cü günü olmasına baxmayaraq, virusa yoluxmada artım davam edir. Bundan başqa, son iki həftədə tətbiq edilən həftəsonu qadağası da gözlənilən nəticəsini vermədi. Bəs görəsən, bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı professor Adil Qeybullanın Axar.az-a müsahibəsini təqdim edirik:

- Ciddi karantin rejiminin 4-cü günündəyik. Buna baxmayaraq, yoluxmada azalma müşahidə edilmir və bu da narahatlıq yaradır. Hazırkı vəziyyəti necə qiymətləndirirsiniz?

- İndi ölkədə karantindir ki?! Küçələrə çıxıb baxın, görün karantinin əlaməti varmı? Bu cür “sərt karantin” olmaz. Hətta deyərdim, karantinin faydası da yoxdur. İnsanlar bir-birini geniş şəkildə yoluxdurub.

- Yoluxmanın artmasının səbəbi nədir?

- Karantin qaydaları yumşaldıldıqdan sonra insanlar maskasız, əlcəksiz, sosial məsafə gözləmədən və gigiyenaya əməl etmədən bir-birinə yoluxdurdular və indi də davam edirlər.

- Çıxış yolunu nədə görürsünüz?

- Vətəndaşlar gigiyenik qaydalara ciddi əməl etməsələr, heç bir tədbirin xeyri olmayacaq. Hələ də virusa qarşı inamsızlıq nümayiş etdirirlər, qaydalara riayət etmirlər. Günəmuzd işləyənlərin evdə oturması üçün kompensasiya ödənilməlidir, insanlar da özünü qorumalıdır. Nə qədər ki insanlar buna əməl etməyəcək, problem daha da artacaq. Yalnız bir yol var: insanlar özünü qorumalıdır, vəssalam! Başqa variant yoxdur.

Tarix
2020.06.25 / 15:31
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla