Yuxarı

Hərarətiniz saat 17:00-da 37.3 göstərirsə... - Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hərarətiniz saat 17:00-da 37.3 göstərirsə... - Həkim

İnsanlarda stress, yuxusuzluq, əsəbi gərginlik yüksək səviyyəyə qalxıb. Üstəlik, havalar dəyişkən keçdiyi üçün gündüzlər özlərini yorğun, ümumi zəif, halsız, hətta hava çatışmazlığı hiss edə bilərlər. Bu, karonavirusun əlamətlərini xatırladır deyə, insanların narahatlığı və qorxusu artır. Zatən Azərbaycanda 70% insanı dindirən kimi deyirdi ki, məndə nevroz var. İndi o nevrozların halını təsəvvür edin. Hamı gündə bir neçə dəfə temperaturunu ölçür, heç kimi qınamıram, əlbəttə. 37 dərəcə temperatur görən kimi bəzilərini az qalır infarkt vura.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Həkim bildirib ki, bədən hərarəti insanın yaşından, çəkisindən, cinsindən, əlavə xəstəliklərindən, maddələr mübadiləsinin sürətindən, içdiyi dərmanlardan, yediyi yeməklərdən, qəbul etdiyi maye miqdarından asılı olaraq hətta günün müxtəlif saatlarında dəyişir.

“Qadınlarda həm menstruasiyadan əvvəl, həm menstruasiya vaxtı, həm də ondan sonra (perimenstrual dövr) temperatur yüksək ola bilər.

Həm kişilərdə, həm qadınlarda günün səhər saatlarında hərarət ən aşağı, günortadan keçdikdən sonra normal olaraq ən yüksək olur. Sizin hərarət saat 17:00-da 37.3 göstərirsə, bu tam normal haldır. Ümumiyyətlə, hərarət ağızda ölçülməlidir, termometr dilin altına qoyulmalıdır. Əlbəttə ki, termometrlər müxtəlifdir, hərəsinin öz üstünlüyü və çatışmazlığı var, böyük mövzudur, gələcəkdə bu mövzuya toxunaram.

Ağızda ölçülən temperatur 38 dərəcə göstərməlidir ki, "qızdırma var" deyək. Əslində hələ böyüklərdə 38.3-dür, mən bir az azaldıram ki, ehtiyatlı olsunlar. Qoltuqaltında isə 37.5-dən yuxarıdırsa, diqqət tələb edir. Bu rəqəmlərdən aşağı olan hərarət qızdırma sayılmır, heç bir klinik əhəmiyyəti yoxdur. Alında lazerlə ölçülən termometrlərdə isə siqnal 37.7 olmalıdır.

Bəzən deyirlər ki, ay həkim, məndə neçə gün 37.3 temperatur oldu, bunun səbəbi nə idi? Yuxarıda yazdıqlarımı oxuyun. Əlavə edim ki, biz insanlar hər gün əhəmiyyətsiz, müalicəyə ehtiyac olmayan çoxsaylı “xəstəliklərə” tutuluruq və öz-özümüzə sağalırıq”.

Tarix
2020.06.27 / 13:50
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Şahin Mustafayev Möhsün Rzayi ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla