Yuxarı

Pəhriz saxlayarkən qidalar belə qəbul olunmalıdır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pəhriz saxlayarkən qidalar belə qəbul olunmalıdır

Pəhrizin orqanizm üçün çoxlu faydası var. Pəhriz saxlayanlardan bəziləri həkim məsləhəti, bəziləri isə öz bildiyi kimi qidalanmağa üstünlük verir. Mütəxəssislər bəzən diyeta ilə pəhrizi səhv salanların da olduğunu bildirirlər.

Axar.az xəbər verir ki, həkim-diyetoloq Ləman Süleymanova Azərtac-a deyib:

“Təəssüflər olsun ki, pəhriz dedikdə yalnız arıqlamaq, çəki atmaq üçün olan diyetlər nəzərdə tutulur. Diyetologiya yalnız arıqlamaqdan ibarət deyil. Burada hər bir xəstəliyə uyğun və hər kəsə fərdi qaydada pəhriz növləri nəzərdə tutulur”.

Xəstəliklər müəyyən edildikdən sonra ona uyğun pəhriz tətbiq olunmalıdır: “Ürək xəstəliyi, mədə-bağırsaq xəstəliyi olanların bir-birindən tam fərqli pəhrizləri var. Məsələn, böyrək xəstələrinə tərkibində daha az protein olan pəhrizlər məsləhət görülür. Ona görə bu fərdilik məsələsinə mütləq əməl olunmalıdır”.

Psixoloqların dediyinə görə, həddən artıq pəhriz saxlamaq müəyyən psixoloji problemlərə səbəb olur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Çimnaz Verdiyeva deyib: “Düzgün qidalanmamaq, pəhriz qidalarından rejimsiz istifadə etmək depressiya, narahatlıq, yuxusuzluq və digər problemlərə səbəb olur. Belə halda onlar sosial cəhətdən də özlərində məhdudiyyətlər qoyurlar, çünki düzgün qidalanmamaq düzgün olmayan həyat şəraitinə aparıb çıxarır”.

Pəhriz saxlayarkən qida rasionunda karbohidratlar, yağlar və zülallar balanslaşdırılmış qaydada olmalıdır.

Tarix
2020.07.11 / 02:01
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla