Yuxarı

Kiflənmiş çörək insan sağlamlığı üçün çox təhlükəlidir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir.

AQTA-dan Axar.az-a verilən məlumata görə, rubrika çərçivəsində agantlik və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır.

Budəfəki maarifləndirici mövzumuz isə çörəkdə yaranan kif göbələyinin orqanizmə təsiri haqqındadır.

Qeyd olunub ki, çörək karbohidrat və kalori mənbəyi kimi insanın əsas qida vasitəsidir: "Tərkibində olan yüksək bitki zülalı, Omeqa-6 yağ turşusu, mineral və vitaminləri ilə orqanizmi təmin edir, həzm prosesini aktivləşdirir. Yüksək qlikemik indeksə malik çörək tez kiflənən məhsuldur. Çörəkdə olan kif göbələkləri münbit şəraitdə çoxalır. Bu cür hallar vaxtı keçmiş, keyfiyyətsiz çörəklərdə olur. Belə kiflər insan sağlamlığı üçün çox təhlükəlidir. Bəzən bir sıra istehsalçılar yeni partiya çörək-bulka məmulatlarının istehsalı zamanı xəmirin tərkibinə vaxtı ötmüş, xarab olmuş, qurumuş məhsul qatırlar. Bu, yolverilməz haldır. Təzə xəmirə az sayda göbələk sporunun düşməsi kifayətdir ki, bütün məhsul partiyası yararsız vəziyyətə düşsün.

Çörəkdə olan kiflərin təhlükəlilik səviyyəsini onun rənginə görə müəyyən etmək olur".

Tarix
2020.07.20 / 13:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla