Yuxarı

Qadınlara gözəllik bəxş edən - Xanımotu

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaxtilə italyan xanımları kosmetik vasitə kimi xanımotunun şirəsini gözlərinə damızdırar və yanaqlarına sürtərdilər. Şirənin təsirindən göz bəbəkləri daha parlaq görünür. Bitkinin adının italyan dilindən tərcümədə “gözəl xanım” olması da elə bununla əlaqədardır. Bitkini bəzən “meşə gözəli” də adlandırılar.

Axar.az xəbər verir ki, xanımotunun tərkibində olan alkoloidlər, xüsusilə atropin kiçik dozada mərkəzi sinir sisteminə oyandırıcı təsir edir, zehni və fiziki iş qabiliyyətini artırır, tənəffüsü tənzimləyir, bronxların fəaliyyətini yaxşılaşdırır.

Bundan başqa dəridə, xüsusilə üz və boyun nahiyəsində qan damarlarını genişləndirir, nazal sinirin tonusunu zəiflədir, atroventrikulyar keçiriciliyi yaxşılaşdırır və ürək döyüntülərinin sayını artırır. Xanımotu preparatları mədə və onikibarmaq bağırsaq yaraları, xroniki kolitlər, xolesistit, xolangit və öddaşı, böyrək ağrıları, ruhi xəstəliklər, anesteziologiya və oftalmologiyada tətbiq edilir.

Köklərinin tərkibindəki skopolamın maddəsindən Parkinson xəstəliyinin müalicəsində istifadə olunur. Xanımotunun tərkibində olan alkoloidlər böyrəklər vasitəsilə orqanizmdən xaric edilir.

Tarix
2020.07.30 / 02:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla