Yuxarı

Payızda virusun yayılması gözləniləndir - Qarayeva

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Payızda virusun yayılması gözləniləndir - Qarayeva

ÜST-ün məlumatına görə, son 24 saat ərzində 278 291 nəfər yeni növ koronavirusa yoluxub, 6815 nəfər isə dünyasını dəyişib.

Axar.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Hər gün yoluxanların sayı sağalanların sayından daha aşağı olur, dünyasını dəyişənlərin sayı azalır. Bu isə həkimlərimizin əməyi sayəsindədir. Xəstə sayı artdıqca verilən xidmətin keyfiyyəti də aşağı düşə bilər", - o bildirib.

Y.Qarayeva qeyd edib ki, yolxuma sayı azaldığı üçün mərhələli şəkildə yumşalmalara gedilir:

"Bizi qınayırlar ki, insanları qorxuduruq. Lakin payız fəslində bütün dünyada virusun yayılması gözləniləndir.

Qapalı məkanlarda qaydalara riayət etməliyik. Bunun məsuliyyəti bizim və sahibkarların üzərinə düşür. Eyni zamanda açıq havada da özümüzü qorumalıyıq. Çalışaq ki, sıxlıq ərazilərdən uzaq duraq. Nəzərə alaq ki, hər birimiz karantin rejimindən yorulmuşuq. Bir yerə toplaşmaq nəticəsində ailədaxili yoluxmaların şahidi olmuşuq. Qaydalara riayət edək və mərhələli şəkildə yumşalmalara gedək. Gözümüzü yummaqla problem həll olunmayacaq".

Tarix
2020.08.08 / 11:14
Müəllif
Axar.az
Digər xəbərlər

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla