Yuxarı

Peyvənd olmayacaq: tək yol budur – Adil Qeybulla

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Peyvənd olmayacaq: tək yol budur – Adil Qeybulla

Koronavirus mutasiya olunduğu üçün bir çox ştamlara malikdir. Bu səbəbdən konkret hansısa peyvəndin ona təsir etməsi real görünmür.

Bunu Axar.az-a professor Adil Qeybulla ABŞ-ın baş infeksionisti Entoni Fauçin COVİD-19 peyvəndinin effektli olmayacağı barədə fikirlərinə münasibət bildirərək deyib. O qeyd edib ki, vaksin illuziyasından çəkinmək lazımdır:

“Koronavirusun müalicəsi Ümumdünya Səhiyyə Təşkilatının təlimatları əsasında həyata keçirilməlidir. Bu təlimatlarda “Ardibol” və s. kimi antiviral dərmanlar yoxdur. Təcrübə göstərdi ki, hətta “Remdisivir” adlı dərmanın da bu virusa təsiri şübhəlidir. Antibiotiklərin və antiviralların boş-boşuna qəbul edilməsinin heç bir təsiri yoxdur. Xəstələr qətiyyən özbaşına müalicə qəbul etməməlidir. Konkret peyvənd də bu virusa təsir etməyəcək. Virus mutasiya olunduğu üçün o qədər ştamlara malikdir ki, konkret peyvəndin buna təsir etməsi real görünmür. İkinci tərəfdən peyvənd ortaya çıxıb, sınaqdan keçirilib insanlarda tətbiq ediləndən sonra onun hansı effekti verməsi də sual altındadır. Məsələn, RNT daşıyan virusların demək olar ki, əksəriyyətinin peyvəndi yoxdur. Bundan başqa, qripin özünün də indiyə qədər normal bir vaksini tapılmayıb. Hər il bir ştam peyda olur və ona qarşı olan vaksin də demək olar ki, effekt vermir. Bu baxımdan vaksin illuziyasından çəkinmək lazımdır. Hesab edirəm ki, vaksin ortaya çıxana kimi virus yox olacaq. Virusun bu ştamının konkret olaraq uzun müddət mövcud olması mümkün deyil. Hər halda elmi proqnozlar bunu deyir. Bu səbəbdən insanların özünü qoruma tədbirlərinə üstünlük verməsi daha məqsədəuyğundur”.

Qeyd edək ki, ABŞ-ın baş infeksionisti Entoni Fauçi COVİD-19 peyvəndinin 60 faiz effektli ola biləcəyini bildirib.

Tarix
2020.08.12 / 08:45
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

XİN-dən TRİPP marşrutu ilə bağlı açıqlama

Bakıda Hindistanla bağlı tədbir keçiriləcək – İlk dəfə

Onlar Somali və Uqandaya vizasız gedəcək - Təsdiqləndi

Bakı bu dörd ermənini İrəvana verdi

Tarixi fürsətdir, İran zərərsizləşdiriləcək!

ABŞ-ın İrana qarşı A və B planı

ABŞ İrana zərbə endirəcək? - Türkiyə hərəkətə keçdi

Rza Pəhləvinin qayıdışı mümkündürmü? - ABŞ onu oynadır

Ermənistan bizi Qafqazdan çıxarır - Solonnikov

Təbrik edirəm, mühüm addım atıldı - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla