Yuxarı

Bu gün Beynəlxalq Hemofiliya günüdür

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün Beynəlxalq Hemofiliya günüdür

Ümumdünya Hemofiliya günü ilə əlaqədar Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirilib.

Axar.az xəbər verir ki, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən təşkil edilən tədbirdə dövlət strukturları nümayəndələri, ictimai liderlər, hemofiliyalı uşaqlar və onların ailə üzvləri də iştirak ediblər.

Tədbirdə həyatı daim təhlükə altında saxlayan bu xəstəliklə bağlı məlumat verilib, xəstəliyin həlli yolları haqqında danışılıb. Onun müayinə və müalicəsi barədə məlumat verilib. Bildirək ki, hemofiliya həyatı daim təhlükə altında saxlayan qanda laxtalanma faktorunun çatışmazlığından yaranan irsi xəstəlikdir.

Qeyd edək ki, Azərbaycanda 1455 nəfər hemofiliyalı xəstə var. Onlardan 1-10 yaşa qədər 135 nəfər, 11-20 yaşa qədər 270 nəfər, 21-30 yaşa qədər 536, 31-40 yaşa qədər 271 nəfər, 40 yaşdan yuxarı 161 nəfər vətəndaş hemofiliyadan əziyyət çəkir.

Ümumdünya Hemofiliya günü ilə əlaqədar keçirilən tədbirin sonunda hemofiliyalı uşaqların ifasında konsert proqramı təşkil edilib.

Tarix
2015.04.17 / 15:22
Müəllif
Əli Taleh
Digər xəbərlər

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla