Yuxarı

Pıtrağın tikanları barədə faydalı məlumatlar

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

El arasında dilarvadotu adlandırılan pıtraq yol kənarlarında, kövşənlərdə, boş və açıq ərazilərdə yabanı halda yetişir. Alaq otu kimi pal-paltara, coraba ilişib qalan pıtrağın sarı tikanları xalq təbabətində bir sıra ağır xəstəliklərin müalicəsində istifadə edilir.

Axar.az xəbər verir ki, bu bitkinin tərkibi yodla zəngindir. Onun təzə çəkilmiş şirəsi qızılcanın müalicəsində tətbiq olunur. Bitkinin təzə yarpaqlarından hazırlanan gel dəmrov, ekzema və göbələk xəstəlikləri zamanı dəri zədələnməsində faydalı təsir göstərir.

Pıtraq otu bronxial astma zamanı nəfəsvermə çətinləşəndə tənəffüs yollarının spazmını aradan qaldıran uğurlu vasitədir. Bitkinin bişirməsi bağırsaq sancıları, ishallar, mədə-bağırsaq pozulmaları və dizenteriyada, eyni zamanda müxtəlif dəri xəstəlikləri zamanı qəbul edilir. Pıtraq otunun toxumlarından boğaz və qırtlaq xərçəngi və vərəmin müalicəsində istifadə olunur.

Bitkinin toxumları xırda-xırda doğranılaraq siqaret kimi çəkilir və yaxud bir ovuc toxum 2 stəkan suya tökülür, üzərinə qaynar su əlavə edilərək vam ocaqda qaynadılır və əmələ gələn buxarla 3-5 dəqiqə nəfəs alınır. Babasil və oynaqlarda revmatizm zamanı yarpaqların təzə sıxılmış suyundan təpitmə qoyulur. Pıtraq bitkisindən böyrək, sidik kisəsi iltihabının müalicəsi ilə yanaşı anginalarda da qarqara kimi istifadə edilir.

Dəri xəstəlikləri zamanı, xüsusən də övrə, göbələk xəstəlikləri, dəri xərçəngi, ekzema, dəmrov, çivzə kimi səpgilərdə daxilə qəbul edilir, həmçinin vanna, islatma, müalicəvi məlhəm və maz şəklində tətbiq olunur.

Tarix
2020.09.16 / 02:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla