Yuxarı

Yevlax Mərkəzi Xəstəxanası cərimələndi: Üfünət, təhlükə...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi xəstəxana ətrafında yaradılan antisanitariyaya görə cərimələnib.

Bu barədə Axar.az-a Yelvax Mənzil Kommunal İstehsalat Birliyindən bildiriblər.

Qeyd olunub ki, xəstəxana İnzibati Xətalar Məcəlləsinin 266.4 maddəsi ilə cərimələnib:

“Yevlaxda fəaliyyət göstərən tibb ocağında işlənmiş tibbi vasitələr xəstəxananın ərazisinə atılaraq üfünət, təhlükə yaratmışdı. Məhz pandemiya dövründə bu cür hadisənin baş verməsi ətrafda yaşayan insanların haqlı narazılığına səbəb olmuşdu. Ərazinin antisanitar vəziyyətdə qalmasına səbəb isə xəstəxanın Mənzil Kommunal İstehsalat Birliyi ilə müqavilə bağlamaqdan imtina etməsi idi. Məsələ mediada işıqlandırldıqdan sonra problem öz həllini tapdı. Ötən gündən xəstəxananın ərazisi tullantılardan təmizlənib, oraya konteynerlər qoyulub, təhlükə saçan yer dezinfeksiya edilib".

"Artıq bir neçə ay idi ki, sözügedən xəstəxana idarə ilə müqavilə bağlamaqda imtina etsə də ərazi əməkdaşlarımız tərəfindən işin dəyəri ödənilmədən təmizlənirdi. Yalnız son 15 gündür ki, ərazi təmizlənmədiyindən orada tullantı yığını çoxalaraq riskli vəziyyət yaratmışdı”, - məlumatda bildirilib.

Tarix
2020.09.19 / 12:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla