Yuxarı

Alimlər 7 ən faydalı ərzağın adını açıqladı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alimlər 7 ən faydalı ərzağın adını açıqladı

Dietoloq Kristina Andersson yeddi ucuz və faydalı ərzağın adını açıqlayıb.

Axar.az Sputnik-ə istinadla xəbər verir ki, həkim qida rasionuna məmnuniyyətlə qırmızı soğanı əlavə edir. Bu soğan vitaminlər və faydalı maddələrlə zəngindir, həmçinin bakterisid effektini ehtiva edir. Qırmızı soğanın tərkibində həmçinin bolluca antioksidantlar var.

Kələm isə orqanizmi xərçəngdən qoruyan kükürd tərkibli maddələrlə zəngindir. Mədə xəstəliklərindən əziyyət çəkənlər bu tərəvəzi çiy halda deyil, bişmiş halda yeməlidir.

Anderssonun dediyinə görə, kartof dietik qida sayılır. Bu tərəvəz orqanizmə daha az kalori versə də, adamı tox tutur.

Tibb mütəxəssisi kökümeyvəli bitkilərin də son dərəcə faydalı olduğu qənaətindədir. Kök, turp və çuğundurun müxtəlif növləri özündə çoxlu mineralları toplayır, yaxşı karbohidrat və bitki lifləri mənbəyi hesab olunur.

Yulafda beta-qlükan adlı xüsusi tip faydalı qida lifi var ki, o da qanda şəkərin və xolesterinin səviyyəsini normada saxlayır. Dietoloq hesab edir ki, taxıl bitkilərində qidalı elementlərin sayı çoxdur.

Lobya, noxud və mərcimək kimi paxlalılar zülal və minerallarla zəngindir. Andersson qeyd edir ki, konservləşdirilmiş lobya öz qidalandırıcılıq qabiliyyətini nəinki itirir, hətta daha da qiymətli qida halına gəlir.

Yumurtada isə çoxlu qida maddələri toplaşıb. Dietoloq onları təbii multivitaminlər adlandırır. Demək olar ki, insan orqanizminə lazım olan bütün mineral və vitaminlər, eləcə də faydalı yağlar və antioksidantlar yumurtanın tərkibində mövcuddur.

Tarix
2020.09.24 / 02:06
Müəllif
Axar.az
Digər xəbərlər

Araz Nəsirov vəzifəsindən azad olundu

Azərbaycan 19 ölkənin adından çağırış etdi

Türkiyə ilə İsrail arasında münaqişə olsa... - Tramp

Azərbaycanla bu ölkə arasında ilk məsləhətləşmələr keçirildi

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir

Məktəb uşaqları həyata, yoxsa imtahanlara hazırlayır?

Prezidentdən bu dövlət qulluqçularını sevindirəcək qərar

İlham Əliyevdən mühüm fərman: Daha iki idarə yaradılır

"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı

Bu institut ləğv edilir - Qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla