Yuxarı

Rus həkimin korona açıqlaması çaşqınlıq yaratdı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün yaş kateqoriyalarında insan orqanizmi koronavirus infeksiyasına həssasdır.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının assistenti, həkim-infeksionist Vüqar Cavadzadə tanınmış rus həkim Yelena Malışevanın uşaqların koronavirusun daşıyıcısı olmadığı haqda iddiasına münasibət bildirərkən deyib.

O bildirib ki, uşaqlar birmənalı olaraq koronavirus infeksiyasına yoluxa bilər:

“Koronavirus infeksiyasına yoluxmuş uşaqlar xəstəliyi əsasən yüngül şəkildə, yaxud da ümumiyyətlə, simptomsuz keçirə bilər. Lakin uşaqlarda sözügedən xəstəliklə yanaşı gedən hər hansı başqa bir xəstəlik mövcud olarsa, onlar virusu ağır keçirə bilər və hətta ölümlə də nəticələnə bilər. Dünya statistikasına baxsaq, uşaqlar arasında koronavirusdan ölüm dərəcəsi 1 faizdir. Öz təcrübəmdən deyə bilərəm ki, uşaqlar həqiqətən bu virusa yoluxa bilir. Bununla yanaşı uşaqlar böyüklərin yoluxmasında birbaşa rol oynaya bilirlər”.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı ümumi yoluxma hallarının 8,5 faizini 18 yaşına çatmamış uşaqların təşkil etdiyini bəyan etsə də, tanınmış rus həkim, teleaparıcı Yelena Malışeva sağlamlıq haqda olan verilişində uşaqların koronavirusun daşıyıcısı olmadığını iddia etmişdi.

Qeyd edək ki, bu yazı “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Evdə qal, ətrafını qoru” layihəsi çərçivəsində hazırlanıb.

Tarix
2020.09.24 / 15:02
Müəllif
Xədicə Nəbiyeva
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla