Yuxarı

Yoluxmanın artması gözlənilən idi – Baş infeksionist

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yoluxmanın artması gözlənilən idi – Baş infeksionist

Hələlik COVİD-19 pandemiyası ilə əlaqədar ölkədə karantin tədbirlərinin gücləndirilməsinə ehtiyac yoxdur. Sadəcə olaraq, insanlar arasında maarifləndirmə işini gücləndirmək lazımdır.

Axar.az xəbər verir ki, bunu Trend-ə Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov deyib.

Hazırda koronavirusla bağlı vəziyyətin nəzarət altında olduğunu vurğulayan baş infeksinist əlavə edib ki, virusla əlaqədar maarifləndirmə məsələləri də son günlər ərzində KİV-lər tərəfindən kifayət qədər işıqlandırılır:

“Mütləq deyil ki, dövlət hər hansı bir karantin tədbirini gücləndirsin. Hər bir insan şüurlu olaraq, sadə tövsiyələrə əməl etməlidir. Maska taxılmalı, sadə gigiyena qaydalarına riayət edilməli, sosial məsafə gözlənilməli, asqırarkən və öskürərkən respirator gigiyena qaydalarına əməl olunmalıdır”.

T.Eyvazov deyib ki, son günlər ərzində koronavirusa yoluxma sayında müşahidə edilən artım gözlənilən idi: “Hələ yay aylarından buna qarşı hazırlıq işləri görülürdü. Rusiya, Gürcüstan, İran, Türkiyədə də yoluxma sayında artım müşahidə edilir. Artım demək olar ki, bütün dünya üzrə müşahidə edilir. Azərbaycan da bu ümumi qanunauyğunluqlar içində yaşayır, buna görə bizdə də artım olmalı idi”.

Tarix
2020.10.12 / 20:30
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla