Yuxarı

Yoluxma artır, “evdə qal” başlaya bilər - Professor

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yoluxma artır, “evdə qal” başlaya bilər - Professor

Ölkədə koronavirusa yoluxma sayının kəskin artması ilə əlaqədar yenidən “evdə qal” kampaniyası başlaya bilər.

Bunu Axar.az-a açıqlamasında professor Adil Qeybulla deyib. O bildirib ki, insanlar karantin davranış qaydalarına əməl etməsələr, tədbirlərin heç bir müsbət nəticəsi olmayacaq:

“Pandemiyanın bu cür yayılmasını seyr edə bilmərik. Vətəndaşlarımızın bəzisi karantin qadağalarının tətbiq olunmasından şikayət edir, amma davranış qaydalarına əməl etmir. Belə olan halda isə lazım olan bütün sərt tədbirlər görülə bilər. Situasiyadan asılı olaraq salonlar, ictimai iaşə obyektləri, bərbərlər yenidən bağlana bilər. Vətəndaşlarımız özünü qorumalı və ən sərt tədbirlərin görülməsi həddinə çatdırmamalıdır.

Bu gün koronavirusa yoluxmanın qarşısını almaq üçün dövlət tərəfindən görülən tədbirləri vətəndaşlarımız anlayışla qarşılamalı və əməl etməlidir. Qarabağ ətrafında gedən proseslər insanlar arasında karantin davranışlarının arxa plana keçməsinə səbəb olub. Vətəndaşlarımız qapalı məkanlarda karantin davranış qaydalarına əməl etmir. Bütün bunlar yoluxma sayında ciddi artıma səbəb olur”.

A.Qeybulla onu da bildirib ki, hazırkı şəraitdə yoluxmanın artması cəbhədə gedən proseslərə də təsir edə bilər:

“Koronavirus üçün sərhəd yoxdur. Pandemiyanın bu şəkildə əhali arasında yayılması ciddi narahatlıq doğurur. Yoluxmanın cəbhəyə transfer olunması ehtimalı yarana bilər və bu, çox təhlükəlidir. Bunun üçün çox diqqətli olmalıyıq. Dövlətin bu məsələ ilə bağlı müəyyən sərt tədbirlər görməsi başadüşülən və qəbulediləndir”.

Tarix
2020.10.22 / 17:50
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla