Yuxarı

Gürcüstana 100 ton maye tibbi oksigen göndərildi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstana 100 ton maye tibbi oksigen göndərildi

Gürcüstan Azərbaycandan 100 ton maye tibbi oksigen idxal edib.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycanın humanitar yardımı olub:

“Azərbaycan hökumətinin köməkliyi sayəsində operativ şəkildə müvafiq miqdarda maye tibbi oksigen tədarük olunub. Gürcüstanda koronaviruslu xəstələrin müalicə olunduğu klinikalar üçün tibbi oksigenin ölkəyə çatdırılmasını da Azərbaycan tərəfi öz üzərinə götürüb”.

Z.Pataradze təmənnasız dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Səfir deyib ki, Gürcüstanın klinikalarında maye tibbi oksigen çatışmazlığının aradan qaldırılması üçün Azərbaycanla sıx əməkdaşlıq davam etdirilir.

Qeyd edək ki, Gürcüstanda koronavirus pandemiyasının ikinci dalğasının pik həddi yaşanır. Klinikalarda tibbi oksigendən istifadə göstəricisi üç dəfə artıb. Bu səbəbdən Gürcüstan hökuməti oksigen ehtiyatı yaradır.

Tarix
2020.11.30 / 23:42
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla