Yuxarı

Virusla mübarizə aparırıq, tək çarəmiz... - Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Virusla mübarizə aparırıq, tək çarəmiz... - Həkim

Bir ilə yaxındır ki, bu virusla mübarizə aparırıq. Amma tək çarəmiz xəstəliklə mübarizə qaydalarına əməl etməkdir.

Axar.az xəbər verir ki, bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

"Bu virusla mübarizə digər infeksiyalarla müqayisədə çox çətindir. Aptekdə andibakterioloji dərmanlar çox olsa da, virusa qarşı dərman tapmaq çətindir. Biz virusa qalib gəlmək üçün hüceyrəni öldürməliyik. İndiyə qədər hər kəs nəsə tapdığını iddia etsə də, koronavirusa qarşı heç bir dərman preparatı yoxdur", - o bildirib.

A.Allahverdiyev qeyd edib ki, dünyanın çox sayda laboratoriyalarında bu virusa qarşı vaksin və dərman hazırlığı aparılır:

"Hazırda 11 vaksin üçün ABŞ-da yerləşən qida və dərman təşkilatına təsdiq üçün müraciət edilib. Əlimizdə təsdiqlənən vaksin yoxdur. Vaksin təsdiqlənsə belə, nə qədər effektiv olacağı məlum deyil. Vaksinin effektivliyi insanlarda nə qədər müddət özünü göstərəcək, bu barədə suallar çoxdur. Lakin virusa yoluxub, sağalan şəxslərdə COVID-19-a qarşı yaranan antitellər 3-4 ay yaşayır".

Tarix
2020.12.02 / 14:17
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla