İnsan beyni haqqında çox şey yazılıb. Amma indi təqdim
edəcəyimiz məlumatlar haqqında bəlkə də heç yerdə
eşitməmisiniz.
"Axar.az" türk mətbuatına istinadən bildirir
ki, insanlarda üç fərqli xatırlama növü var. Bunlar uzun zaman
ərzində unudulmayanlar, qısa vaxtda unudulanlar və duyğusal
yaddaşdan ibarətdir. Uzun zaman unudulmayanları, hətta kompüterin
yaddaş kartı da hesab etmək olar.
Araşdırmalara görə, insan beyni yeddi rəqəminə qədər baş verən
hadisələri rahatlıqla xatırlaya bilir. Buna 7 hadisə, 7 kitab adı,
7 film və.sairi misal çəkmək olar. Hətta psixoloqlara görə insan
beyni 7-yədək olan şeyləri yaxşı xatırladığına görə telefon
nömrələri də 7 rəqəmli olur.
Araşdırmalardan o da bəlli olub ki, beyin dörd rəngə qarşı daha
həssasdır. Bunlar sarı, yaşıl, mavi və qırmızıdır. Beyin bu
rənglərə qarşı daha diqqətli olur. Rənglərin cazibəsinə uyan gözlər
dərhal beyinə siqnal ötürür ki, bu da beyinin ani aktivliyi ilə
müşahidə olunur.
Şüuraltı insandan daha ağıllıdır
Beyin şüuraltı verdiyi qərarlarda heç vaxt yanılmır. Uzun zaman
düşünülən qərarlarla müqayisədə, adətən, şüuraltına söykənərək
verilən ani qərarlar daha effektli olur.
Zehni işlər nə qədər yorucu görünsə də…
Zehni işlər yaddaş pozğunluğu, gec qavrama kimi halların
qarşısını alır. Elm adamlarının fikrincə, beyinin çox işləməsi
insanı ruhi baxımdan gücləndirir.
Əhval yüksəldən alfa dalğası
Araşdırmalardan o da bəlli olub ki, dua edən insanların beynində
əhvalı yüksəldən, inam yaradıcı alfa dalğası yaranır ki, bu da
insanın özünü xoşbəxt hiss etməsinə səbəb olur.
Özünüzdən ağıllı insanlarla danışmaq
İnsan beynini kəşf etməklə məşğul olan bir qrup araşdırmaçının
fikrinə görə, özündən ağıllı insanla danışmaq beyinə xoş təsir
bağışlayır. Üstəlik, çılğınlıq etmək beyinin daima gənc qalmasına
səbəb olur.
Araşdırma nəticəsində alimlər o qənaətə gəliblər ki, insan beyni
bədəndən daha gec oyanır.