Yuxarı

Peyvənd olunanlar ilk 3 gündə nə hiss edir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Peyvənd olunanlar ilk 3 gündə nə hiss edir?

Bu vaxta kimi koronavirus peyvəndi olunmuş rusiyalı vətəndaşlar arasında sorğu keçirilib. Onlar peyvənddən sonra nələr hiss etdiklərini, bədənlərində hansı reaksiya getdiyini açıqlayıblar.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, artıq Rusiyada müxtəlif yaş qruplarından minlərlə şəxs peyvənd olunub. Rusiyada daha çox milli peyvəndlər “EpiVakKorona” və “Sрutnik V” tətbiq edilir.

Həkimlər bildirir ki, peyvənd olunanların hamısında mütləq nəsə baş verməlidir kimi məsələ yoxdur. Hər orqanizm fərqlidir.

Peyvənd olunanlar daha çox bu simptomları qeyd ediblər: ilk 3 gündə - 37,5 dərəcəyə kimi hərarət, titrəmə, iynə yerində ağrı, şişkinlik, baş ağrısı, ürəkbulanma, ayaqlarda, qollarda uyuşma, zəiflik, bir qədər panika.

Simptomlar 5-7 günə kimi çəkə bilər.

Həkimlər hərarətin yalnız 38 dərəcəyə çatdıqda açağı salınmasını məsləhət bilir.

Ümumiyyətlə, peyvənddən sonra qızdırma 38 dərəcəyə çatarsa, bu şəxs mütləq poliklinikaya müraciət etməlidir.

İynədən dərhal sonra da qızdırmanın 38 dərəcəyə çatdığı kimi hallar olub.

Maraqlısı budur ki, peyvənd olunanların çoxu ikinci dozada iynə vurulan zaman və sonra birinciyə nisbətən daha çox ağrı hiss ediblər.

Tarix
2021.01.19 / 16:29
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla