Yuxarı

Yaya yaxın maskaları tam ata biləcəyik - Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaya yaxın maskaları tam ata biləcəyik - Həkim

Koronavirusa qarşı peyvənd yeni bir mutasiya meydana gələnə qədər təsirli olacaq. Virus isə təəssüf ki, tez-tez mutasiyaya uğrayır.

Axar.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının reanimasiya şöbəsinin həkimi Vadim Koçetkov bildirib.

Onun sözlərinə görə, əksər hallarda çox ştammı olan viruslara qarşı revaksinasiya tələb olunur, koronavirusun yeni növü ilə bağlı isə dəqiq bir şey söyləmək çətindir, bunu zaman göstərəcək.

Müsahib vaksinasiya zamanı ilk olaraq kəskin iltihabi xəstəlikləri olmayan orta yaşlı insanların peyvənd vurdurmalı olduğunu deyib.

“Daha yaşlı insanlar peyvəndlənərsə, onlarda daha çox ağırlaşma ola bilər. İlk növbədə mümkün allergik reaksiyaları nəzərdə tuturam”, - deyə o əlavə edib.

Həkim kollektiv immunitet üçün əhalinin 70 faizinin vaksinasiyadan keçməli olduğunu bildirib. O, bununla belə, COVİD-19-un hələ tam öyrənilməmiş virus olduğunu nəzərə alaraq qətiliklə nəsə deməyin düzgün olmadığını vurğulayıb.

“Ümid edirəm ki, yay mövsümünə yaxın ərəfələrdə maskaları tam ata biləcəyik”, - deyə o sözlərini yekunlaşdırıb.

Tarix
2021.01.21 / 11:02
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla