Yuxarı

Azərbaycan bu xəstəliyinə görə riskli ölkə sayılır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan bu xəstəliyinə görə riskli ölkə sayılır

Quş qripi ilə bağlı monitorinqlərin keçirilməsində əsas məqsəd ailə təsərrüfatları, təbiət ərazilərində yüksək patogen quş qripi təhlükəsi olan quşun olub-olmamağını öyrənməkdir.

Axar.az Hit.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Feysbuk sosial şəbəkəsindəki “Təhlükəsiz qida” adlı onlayn verilişində respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib.

Onun sözlərinə görə, noyabr, dekabr və yanvar aylarında monitorinqlər həyata keçirilib, həm epizootoloji, həm də monitorinq müayinələrinin nəticəsində xəstəliyə hər hansı şübhə olmayıb:

“Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı təşkilatının üzvüdür. Bu təşkilatın xətti ilə ölkələrdən heyvan xəstəlikləri barədə məlumatlar daxil olur. Məqsəd məlumatları əldə edərək xəstəliklərdən qorunmaq, xəstəliklərin ölkəyə daxil olmasının qarşısın almaqdır. Bu mövsümdə xüsusilə yüksək patogenli quş qripinin artma tendensiyası davam edir. Xüsusən Avropa ərazisində, ticarət əlaqələrimizin geniş olduğu bir sıra dövlətlər, eyni zamanda, İran, Rusiya, Qazaxıstan, Ukraynada bu xəstəlik var. Adekvat olaraq müəyyən tədbirlər həyata keçirməyə başlamışıq. Quş qripi xəstəliyi köçəri quşlar vasitəsilə yayılır. Bizim ölkəmizdə köçəri quşların həm daimi, həm də müvəqqəti məskunlaşma yerləri var. Ona görə Azərbaycan bu xəstəliyə görə riskli ölkə sayılır".

Onun sözlərinə görə, birinci görülməli profilaktik tədbir budur ki, istər kiçik ailə təsərrüfatları, istərsə də iri kommersiya təsərrüfatlarında ev quşlarının köçəri və çöl quşları ilə, xüsusilə qarğa, göyərçin, sərçə ilə təmasının qarşısı alınsın: "Bu quşlara qulluq zamanı şəxsi gigiyena vasitələrinə əməl olunmalıdır. Eyni zamanda, səbəbi məlum olmayan tələfat aşkarlandıqda dərhal müvafiq qaydada məlumat verilməlidir”.

Tarix
2021.01.28 / 17:33
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla