Yuxarı

Azərbaycanda daha bir körpə ölümü: ana komadadır - Foto

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda daha bir körpə ölümü: ana komadadır - Foto

Mingəçevirdə doğum evinə gətirilən 9 aylıq hamilə qadın 4 gündür koma vəziyyətindədir.

"Axar.az"ın ANS-ə istinadən xəbərinə görə, 34 yaşlı Esmira Ocaqverdiyeva, doğum sancıları ilə xəstəxanaya aparılıb. Müayinə zamanı həkimlər uşağın tələf olduğunu bildirib.

Doğuşdan sonra isə kəskin qanaxma baş verib və xəstə əməliyyat edilib. Ancaq buna baxmayaraq, qadın komaya düşüb. Yaxınları E.Ocaqverdiyevanın vəziyyətinin ağırlaşmasında həkimləri günahlandırırlar.

Mingəçevir mərkəzi şəhər xəstəxanasından verilən məlumata görə isə, qanaxmaya hamiləliyin son ayında qadının səhhətində yaranan problem, böyük ehtimalla yüksək təzyiq səbəb olub. Doğuşdan sonra kəskin qanaxma baş verib və bunun qarşısını almaq üçün Esmira Ocaqverdiyeva əməliyyat edilib.

Qanaxmanın qarşısı alınsa da, bu dəfə qadın komaya düşüb. Həkimlər onun yaşama ehtimalının az olduğunu deyir. Xəstəxana rəhbərliyi isə xəstəyə vaxtında bütün tibbi yardım göstərildiyini hər hansı həkim səhlənkarlığının olmadığını deyir.

Tarix
2013.12.27 / 22:16
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla