Yuxarı

Hindistan mutasiyasının əlamətləri: 2 ay sonra partlayış...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hindistan mutasiyasının əlamətləri: 2 ay sonra partlayış...

Türkiyəli infeksionist Ümid Savaşçı Türkiyədə də aşkarlanan Hindistan mutasiyası haqqında danışıb.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, Ümid Savaşçının sözlərinə görə, hazırda Hindistanda vəziyyət çox çətindir:

“Cüt mutasiya bizim üçün ən qorxunc olanıdır. Hazırda Hindistan mutasiyası 17 ölkəyə yayılıb. Lakin “Bionteç” vaksininin Hindistan mutasiyasına qarşı təsirli olduğu deyilir. Vaksinasiya ən böyük silahımızdır. Hindistandakı mütəxəssislər bunun simptomlarının çox ağır, digər mutasiyalara nisbətən daha yoluxucu və öldürücü olduğunu deyirlər. Açığı, bizim də gözümüz qorxdu. Hindistan mutasiyasında ən çox yüksək temperatur, ishal, nəfəs darlığı kimi əlamətlər ön plandadır.

Əgər ölkədə 2 ay sonra vaksinasiyada yetərli say olmazsa, yenidən yoluxma sayında partlayışla qarşılaşa bilərik. Buna görə də xüsusilə uçuşlar, sərhədlər, görüşmələri sıfra endirmək lazımdır.

Təmaslar davam edərsə, ciddi sağlamlıq problemləri yaşanıla bilər. Türkiyədə də rəqəmlər enib. Amma istədiyimiz sayda deyil. İnsanlar getdikləri yerlərdə təmaslara davam edərlərsə, koronavirusa yoluxarlarsa, çox ciddi xəstəliklər yaşaya bilərlər”.

Tarix
2021.05.01 / 17:37
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla