Yuxarı

Ailə üzvləri hamısı yoluxubsa, çörəyi evə kim alsın?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ailə üzvləri hamısı yoluxubsa, çörəyi evə kim alsın?

Ölkədə bütün üzvləri koronavirusa yoluxan ailələr var. Operativ Qərargahın qərarına əsasən, koronavirus xəstələrinə evlərini tərk etmək qadağan olunub. Belədə bu ailələr ərzaq və digər ehtiyaclarını qarşılamaq üçün nə etməlidirlər? Evdən çıxıb cərimə olunmaq, yoxsa evdə acından ölmək?

Məsələ ilə bağlı Axar.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, ailə üzvləri əgər xəstəliyi yüngül keçirirlərsə və evdə müalicə alırlarsa, bu ailələrin gündəlik qida tələbatı da nəzərə alınmalıdır:

“Bu şəxslər özləri evlərindən çıxıb ərzaq ala bilmirlər. Qeydiyyata alınan bütün xəstələr dövlət hesabına müalicə olunur və onların dərman ehtiyacları qarşılanır. Eyni qaydada Operativ Qərargah və ya aidiyyəti qurumlar xəstələrin ərzaq ehtiyacını da qarşılamalıdır”.

Həkimin sözlərinə görə, ailəvi yoluxanların və evdə müalicə alanların sayı çox deyil:

“Ona görə də hesab edirəm ki, həmin ailələr yerli icra hakimiyyətləri, bələdiyyələr və yaxud könüllülər vasitəsilə zəruri qida məhsulları ilə təmin edilə bilərlər. Bu işdə Çevik Polis Alayı, yaxud ərazi üzrə bölmə və sahə müvəkkilləri də hansısa formada dəstək ola bilərlər”.

Qeyd edək ki, ailə üzvlərinin hamısının yoluxması halında onların qida təminatı ilə bağlı hər hansı təlimat yoxdur.

Tarix
2021.05.03 / 14:43
Müəllif
Mirvari Əzizova
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla