Yuxarı

Nazirlik rəsmisindən karantinlə bağlı şad xəbər - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik rəsmisindən karantinlə bağlı şad xəbər - Video

Azərbaycanda mövcud vəziyyət nəzərə alınaraq yumşaldılmaların aparılması nəzərdən keçirilə bilər.

Axar.az xəbər verir ki, bunu ARB-24-ün “Nə baş verir?” verilişində Operativ Qərargahın iclasında müzakirə olunması gözlənilən məsələlərə aydınlıq gətirən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov deyib.

O bildirib ki, dekabr və yanvarda virusun kəskin yayılması və vaksinayası prosesi nəticəsində Bakı 60 faizlik kollektiv immunitet həddinə artıq daha çox yaxındır:

"Lakin burada söhbət tək Azərbaycan daxili epidemioloji vəziyyətdən getmir. Bilirsiniz ki, indi sürətlə yayılan Hindistan ştammı var. Düzdür, bizdə sərhədlər iyunun 1-dək qapalıdır. Buna görə də hesab edirəm ki, Azərbaycanda yumşaldılmanın aparılması nəzərdən keçirilə bilər. Bu, davamlı olaraq müzakirə mövzusudur. Havanın artıq isinməsi ilə əlaqədar insanların kütləvi toplaşmadığı açıq məkanlarda maskalardan istifadə, idman zallarının açılıb-açılmaması məsələsi də buraya daxildir”.

N. Seyidov onu da qeyd edib ki, Ramazan bayramında rayonlara səfər edən vətəndaşların karantin davranış qaydalarına riayət etməsi məsləhət görülür.

Tarix
2021.05.06 / 11:38
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla