Yuxarı

Metro ilə bağlı sevindirici xəbər - Bu şərtlə açıla bilər

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metro ilə bağlı sevindirici xəbər - Bu şərtlə açıla bilər

Orqanizm individualdır. Bəzi insanlar var ki, COVİD-ə yoluxduğu halda 6-7 ay sonra hələ də anticismlər əmələ gəlmir, bəzilərində isə 3 həftə sonra anticismlər əmələ gəlir.

Axar.az xəbər verir ki, bunu Milli.az-a açıqlamasında infeksionist İlahə Vəliyeva deyib.

O bildirib ki, ölkədə virusa yoluxanların sayı bu şəkildə azala-azala davam edərsə bu bəladan canımız qurtara bilər:

"Orqanizmin immunitet səviyyəsindən asılı olaraq anticismlərin qoruyuculuğu individuallıq daşıyır. COVİD-ə yoluxduqdan sonra əmələ gələn anticismlər bir müddət sonra qoruyuculuq qabiliyyətini itirir.

COVİD təhlükəsinin qaşıdakı aylarda, illərdə qalıb qalmayacağını isə indidən demək çox çətindir.

Ölkəmizdə hazırda virusa yoluxanların sayı xeyli düşüb. Əgər bu şəkildə davam edərsə, tez bir zamanda bu bəladan canımız qurtara bilər. Amma məncə karantin rejiminin ləğvi düzgün olmaz.

Hələ ki, maskadan istifadə, sosial məsafə prinsiplərinə ciddi əməl edilməlidir. Çünkü hələ bu bəla başımızın üstündən tam çəkilməyib, ona görə, bu qaydaları birdən-birə ləğv etmək doğru deyil.

Metro açıla bilər, amma qaydalara əməl etməyi unutmamalıyıq. Sərnişinlərin karantin qaydalarına, xüsusilə də hamının bir nəfər kimi maskadan mütləq istifadə etmək şərti ilə metro açıla bilər.

Açıq havada da təmas olduğu halda, insanlar arasında məsafə az olarsa, mütləq maska prinsipinə riayət olunmalıdır".

Tarix
2021.05.18 / 15:32
Müəllif
Axar.az
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla