Yuxarı

Bu tərəvəz qaraciyəri təmizləyir, mədəni qoruyur

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu tərəvəz qaraciyəri təmizləyir, mədəni qoruyur

Xüsusilə qaraciyərin dostu və bir çox faydası olan ənginar müxtəlif istehlak üsullarına malikdir. Yarpaqları faydalı olan bu qida arıqlama prosesinə yüksək dərəcədə kömək edir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, bu tərəvəz qaraciyəri təmizləyir, mədəni qoruyur və ən əsası ürək xəstəliklərinə yaxşı təsir göstərir. Həmçinin, özündə bir çox vitamini ehtiva edir. Bədənin ehtiyac duyduğu maqnezium, sink, kalium, kalsium və lif kimi maddələrə malikdir.

Xolesterini azaldır

Antioksidanlar, vitaminlər və minerallarla zəngin olması sayəsində həzm sistemini və qan təzyiqini tənzimləyir. Qanı təmizləmək və xolestrini normal saxlamaq, azaltmaq üçün istifadə edilir.

Həzm sistemini gücləndirir

Ənginar lifli bir quruluşa malikdir. Orqanizmdəki həzm sisteminin işini yüksək dərəcədə dəstəkləyir. Buna görə mədə və bağırsaq funksiyasının hərəkətliliyinin sürətləndirir.

Ənginar mədənin dostudur

Amin turşuları ilə zəngindir. Buna görə mədənin turşuluğunu tarazlıqda saxlamağa kömək edir. Mədə və bağırsaqları təmizləyən bu tərəvəz şişkinliyi və köp əmələ gəlməsini azaldır.

Qan hüceyrələrini gücləndirir

Bu tərəvəz natrium, kalium, kalsium, dəmir və mis zənginliyi ilə qan hüceyrələrini gücləndirir.

Arıqlama prosesini dəstəkləyir

Məlumdur ki, enginar aşağı kalorili və az yağlılığa malikdir, lakin lif nisbəti ilə zəngindir. Bədənin qidalanmasını təmin edir və toxluq hissi verir. Buna görə dietoloqlar tərəfindən arıqlamaq istəyən insanlar üçün tövsiyə olunur və pəhriz proqramlarında birinci yerdədir.

Qaraciyəri təmizləyir

Tərkibindəki antioksidanla, orqanizmdəki bir çox orqan üçün fayda təmin edən ənginar faydalarının ən vacib maddəsi qaraciyəri təmizləməkdir. Bu səbəblə qaraciyər detoksuna ehtiyacı olan insanların istehlak etdiyi bir qidadır.

Sümüklərə güc verir

Mütəmadi olaraq enginar istehlakı sümükləri gücləndirir, eyni zamanda bədənin gündəlik K vitamini ehtiyacının çoxunu ödəməyə imkan verir. İnkişaf yaşındakı şəxslərin enginar yeməsi tövsiyə olunur.

Hüceyrələri yeniləyir

Ənginar, vitamin və antioksidanlarla zəngin olması sayəsində bədəndə hüceyrə sağlamlığını və funksiyalarını qorumaq üçün də vacibdir. Hüceyrə yeniləyici xüsusiyyəti ilə dəri təcrübəsini əhəmiyyətli dərəcədə saxlayır.

Tarix
2021.05.18 / 18:07
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan xalqının birlik ruhunu fəxrlə yad edirik - TDT

Ölkədə dörd günlük tətil başladı

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı

Azərbaycanda Zəfər Günü qeyd olunur

Rusiya Bakıya təklif edib ki, 10-na keçən gecə… – İlk dəfə açıqlandı

Zəfər Günü parad saat neçədə başlayacaq?

Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu

Paşinyan bunu dedikdən sonra Əliyev tapşırıq verdi ki...

Mətbuat Şurası İlham Əliyevə məktub ünvanladı

Bu tarixdə torpaq hərracları keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla