Yuxarı

Üzüm yarpağının orqanizmə faydaları

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Üzüm yarpağının orqanizmə faydaları

Yarpaq dolması bişirəndə istifadə etdiyimiz üzüm yarpağı ləzzətli olmaqla yanaşı, həm də faydalıdır.

Axar.az xəbər verir ki, üzüm yarpağı tərkibində C, A, E, B6 vitaminləri və dəmir, lif, mangan, mis, kalsium, magnezium kimi bir çox minerallar ehtiva edir. Üzüm yarpağını dəmləyib içmək varikozu (damar genişlənməsi) və ayaq damarlarında durğunluğu aradan qaldırır.

Altsheymer xəstəliyinə qarşı qoruyucudur. Alimlərin iddialarına görə, üzüm yarpağının tərkibindəki komponentlər yaddaş zəifləməsinə səbəb olan beyində “beto amiloid” düyünlərinin yığılmasının qarşısını alır.

Yüksək A vitamini sayəsində göz sağlamlığında mühüm rol oynayır və görmənin keyfiyyətini yaxşılaşdırır. Sink sayəsində isə dərini gözəlləşdirir, yaşlanmanı gecikdirir. Üzüm yarpağından hazırlanan bir pors yeməkdə 124 mikroqram A vitamini vardır ki, bu da gündəlik A vitamini ehtiyacımızın 10 faizini qarşılayır.

Tərkibindəki antimikrobiyal maddələr ağız xoralarının tez sağalmasına kömək edir. Həmçinin ağız qoxusunun və diş çürüməsinin qarşısını alır. Bu xüsusiyyətlərindən faydalamaq üçün bir neçə üzüm yarpağını 5-10 dəqiqə qaynatdıqdan sonra soyumasını gözləyin və ilıq halda ağzınızı çalxalayın.

Dəmir mineralı baxımından zəngin olan üzüm yarpağı anamiya (qan azlığı) müalicəsində böyük faydaları var. Qırmızı qan hüceyrələrində hemoqlabinin yaranmasında mühüm rola sahibdir.

İmmunitet sistemini gücləndirir və infeksiyalardan qoruyur. Tərkibindəki Yüksək liflər sayəsində həzm sıstemini yaxşılaşdırır, bədəni zərərli maddələrdən təmizləyir, qəbizlik problemini aradan qaldırır və bunun sayəsində artıq çəki ilə mübarizəni də asanlaşdırır. Bunun üçün 4-5 üzüm yarpağını 10-15 dəqiqə qaynadıb yeməkdən sonra içmək lazımdır.

Üzüm yarpağını qaynadıb 1 ay müddətində içmək həm də alkoqol qəbulunu kəsir. Bu üsul alkoqoldan zərər görmüş bədəni təmizləyir, alkoqol zəhərlənmələrinin qarşısını alır.

Üzüm yarpağı Azərbaycan mətbəxində əsasən duzlu formada istifadə olunur. Duzun zərərlərindən qorunmaq üçün istifadədən əvvəl suda saxlamaq mütləqdir. Yüksək təzyiqi olan böyrək xəstələri və müalicə müddətində sodium istifadəsi qadağan olunan xəstələr duzlu yarpaqdan uzaq dursalar, yaxşı olar.

Tarix
2021.06.23 / 00:01
Müəllif
Türkan Camal
Digər xəbərlər

Mirzoyanla yaxın zamanda görüş ola bilər - Bayramov

Paşinyan hansı məntiqlə Rusiyaya icazə verdi?

İlham Əliyev İmaməli Rəhmanı təbrik etdi

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla