Yuxarı

Delta-plus ştammının ölkəmizə təsiri... - Professor

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Delta-plus ştammının ölkəmizə təsiri... - Professor

Koronavirusun çoxsaylı mutagen formaları var. Bunların içində xüsusi seçilən alfa – Britaniya ştammı, beta – Cənubi Afrika ştammı, qamma – Braziliya ştammı və delta – Hindistan ştammıdır. Hindistan ştammı ikiqat mutasıyaya uğrayıb, hətta üçüncü mutasiya forması – delta-plus haqqında da danışılır.

Bu sözləri Axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla delta ştammının yaratdığı təhlükələr haqda danışarkən deyib.

O bildirib ki, delta-plus variantı immunreaksiyadan yayınmağı xeyli bacaran, yoluxuculuq göstəriciləri yüksək olan ştammdır:

“Buna görə də delta və delta-plus variantları böyük narahatlıq doğurur. Türkiyə və Rusiyada bu virusa 100-dən çox şəxsin yoluxması bu virusun Azərbaycanda da üzə çıxması ehtimalını artırır. Pandemiya hələ bitməyib. İnsanlara məsləhət odur ki, qapalı mühitdə karantin davranışlarına diqqət etsinlər. Bu, çox mühüm şərtdir. Baxmayaraq ki, sosial həyatın ayrı-ayrı sahələrində yumşalmalar baş verib, ola bilər ki, gələcəkdə bu qaydalar yenidən daha da sərtləşsin. Buna görə də diqqətli olmaq lazımdır. Sosial şəbəkələrdə hələ də koronavirusun olmadığı deyilir və vaksin əleyhinə kampaniyalar aparılır. Bütün bunların qarşısını almaq lazımdır. İnsanları vaksinasiyaya həvəsləndirmək və peyvəndlərə güvənmək vacibdir. Karantin tam şəkildə bitənə qədər biz özümüzü qorumalıyıq. Karantin qaydalarına mütləq əməl edilməlidir. Bunlar karantinin əsas şərtləridir”.

Tarix
2021.06.29 / 08:45
Müəllif
Mirvari Əzizova
Digər xəbərlər

Bakı və Dehli münasibətləri istiləşir?

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla