Yuxarı

Bu şəxslər isti havalarda diqqətli olmalıdır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəxslər isti havalarda diqqətli olmalıdır

Anomal istilərdə sağlamlığınızı diqqətlə izləməlisiniz. Hər şeydən əvvəl bu, ürək-damar sistemi xəstəliklərindən, xüsusən də hipertoniyadan əziyyət çəkən insanlara aiddir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı kardioloq Darya Volkova “360” televiziya kanalına verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, xüsusilə ürək xəstəliyi olan insanlar dərmanları qəbul etməyə davam etməlidir:

“Dərman qəbul etmələrinə baxmayaraq, təzyiq yüksəlirsə, təcili yardım üçün başqa preparatlar var. Həddindən artıq istidirsə və təzyiq qalxıbsa, sərin və yaxşı havalandırılan bir otağa getmək lazımdır. Hətta sinənizi və ayaqlarınızı soyuq su ilə yuya bilərsiniz. Burnunuzdan dərin nəfəs alın, bunun üçün xüsusi tənəffüs məşqləri də var. Bu, damarların rahatlamasına və təzyiqin azalmasına kömək edir”.

Həddən artıq isti havada günvurma riski var. Üstəlik, günvurma zamanı təzyiq yüksəlmir, əksinə, düşür. İnsanda taxikardiya, başgicəllənmə və qusma inkişaf edə bilər. Bu cür simptomlar müşahidə olunursa, təcili olaraq sərinləmək və mümkün qədər çox su içmək lazımdır.

Bundan əlavə, mütəxəssis hipertoniya xəstələrinə yalnız günortaya qədər günəş vannası qəbul etməyi və 12:00-dan 16:00-a qədər kölgədə qalmağı məsləhət görür. İstilərdə bütün insanlar üçün standart olan ümumi profilaktika qaydalarına riayət etməlisiniz.

Gündə ən az 2 litr su içməlisiniz. Açıq havada günəş işığı altında olmaqdan çəkinin. Gündüzlər küçədə kölgəli yerlər seçin və şlyapa taxmağı unutmayın.

Tarix
2021.07.10 / 22:11
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla