Yuxarı

Elmdə ilk: Alimlər insan düşüncəsini oxuya bildi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elmdə ilk: Alimlər insan düşüncəsini oxuya bildi

Tibb tarixində ilk dəfə elm adamları danışmaq qabiliyyətini itirən iflic xəstəsinin beyin dalğalarından istifadə edərək nə demək istədiklərini kompüter ekranında cümlələrə çevirib.

Axar.az Medicina.az-a istinadla xəbər verir ki, bu barədə “The New England Journal of Medicine” (NEJM) jurnalında elm adamlarının məqaləsi dərc olunub.

Bildirilir ki, pasiyent 15 il əvvəl insult keçirmiş, nəticədə iflic olan və danışmaq qabiliyyətini itirən 30 yaşlarında kişi olub. Həkimlər onun beynində nitqi idarə edən sahəyə elektrodlar yerləşdiriblər. Kompüter gəncin tələffüz etməyə çalışdığı ümumi sözləri analiz edib. Nəticədə kişi 50-dən çox sözü ayırd edə bilib ki, bunlardan mindən çox cümlə qurmaq olar.

Cihaz kişinin sadə suallara söz demədən cavab verməsinə imkan yaradıb.

Mütəxəssislər araşdırmanın xəstəlik səbəbiylə danışa bilməyən insanların ünsiyyət qurmasına imkan yaratma yolunda əhəmiyyətli addım olduğunu söyləyirlər. Bununla belə texnologiyanı mükəmməlləşdirmək üçün illərin zəhməti lazımdır.

Tarix
2021.07.16 / 22:50
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla