Yuxarı

Beyni öldürən 5 qida: uşaqlara da veririk...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Beyni öldürən 5 qida: uşaqlara da veririk...

Hər il dünyada demensiya - qocalıq, əqli gerilik və altsheymer xəstələrinin sayı artır. Buna səbəb beyin neyronlarının zəifləməsi, ölməsi, beynin atrofiyasıdır.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, alimlər hansı qidaların beyni öldürməsi barədə elmi işlərdən birini yekunlaşdırıb.

Eksperimentdə 209 nəfər demensiyalı xəstə, 418 nəfər demensiyası olmayan insan iştirak edib. Onların yaş həddi 70-78 arasında olub. Xüsusi anketdə hər birinin bu illər ərzində daha çox nə yeməsi və gündəlik menyusu yazılır. Həkimlər bu insanların orqanizmi və beynin funksiyalarını yoxlayıb.

Məlum olub ki, gəncliyindən yaşlaşana kimi kartof, şirin qidalar, qızartma ət, kolbasa, şirin desertlər, tort, peçenye çox yeyən şəxslərdə əqli geriləmə yüksəkdir və onlarda demensiya olub.

Araşdırma zamanı demensiya xəstələrinin hələ də daha çox kartof, qızarma ət, pasta, tort, pirojna yediyi aşkar olunub. Onlar sanki bu qidalardan narkotik kimi asılıdırlar.

Əksinə, bu qidalardan az yeyən, balıq, meyvə, tərəvəz xoşlayan iştirakçılarda isə beynin fəaliyyəti yaxşı olub.

Alimlər demensiyadan qorunmaq üçün illər öncədən yaşıl meyvə, tərəvəz, səbzə, qoz, balıq, giləmeyvə yeməyi tövsiyə edir.

Tarix
2021.07.18 / 02:04
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla