Yuxarı

Delta və delta plus ştammlarından necə qorunaq? - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Delta və delta plus ştammlarından necə qorunaq? - Video

İki ilə yaxıdır davam edən pandemiyada COVİD-19-a qarşı mütəmadi olaraq mübarizə aparılsa da, virusun mutasiyaya uğrayan delta və delta-plus ştammları dünyada sürətlə yayılmağa başlayıb. Bu virusdan necə qoruna bilərik?

Axar.az xəbər verir ki, bu haqda Real TV-yə danışan həkim-infeksionist Natiq Əliyev virusdan qorunmağın yeganə yolunun müəyyən izolyasiya qaydalarına əməl etmək olduğunu bildirib:

"Bu virusdan fərqli izolyasiya qaydalarına əməl etməklə qoruna bilərik. COVİD-19 əleyhinə aparılan vaksinasiya prosesinin bütün ştammlar üçün effektiv olduğunu nəzərə alsaq, onlar delta ştammına yoluxsalar da, peyvənd vurulubsa həmin şəxslərdə xəstəlik yüngül formada olacaq”.

Mütəxəssislərin sözlərinə görə, bu ştammdan qorunmağın ən yaxşı yolu vaksinasiya olunmaqdır. Hazırda ölkəmizdə hökm sürən sabit epidemioloji vəziyyət də indiyə qədər aparılan düzgün peyvəndlənmə prosesindən xəbər verir.

Qeyd edək ki, virusun əvvəlki simptomları öskürək, temperatur, dadbilmə və qoxubilmə qabiliyyətinin itirilməsi idisə, delta ştammının əsas simptomları baş ağrısı, burun axması, asqırma və boğaz ağrısıdır. Əvvəl yaşlılar bu virusa tez yoluxurdusa, hazırda gənclər daha çox üstünlük təşkil edir.

Tarix
2021.07.18 / 15:57
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla