Yuxarı

Aspirinin üç əks-təsiri - Diqqət!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aspirinin üç əks-təsiri - Diqqət!

Möcüzə dərman adlandırılan qandurulducu aspirinin təhlükəli əks-təsirləri də var.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, amerikalı həkim kardioloq Kristofer Kennon aspirinin mədəyə zərərinin 3 simptomunu açıqlayıb.

İstənilən aşağı doza belə aspirin qəbul edən xəstə mədəsində ən kiçik narahatlıq olan kimi həkiminə xəbər verməlidir. Daxili qanaxma zamanı qan analizində eritrositlərin aşağı düşməsi - anemiya görülür.

Qırmızı qan hüceyrələrinin azalması o deməkdir ki, oksigenin daşınması zəifdir.

Anemiyanın əlamətləri:

- Yorğunluq, halsızlıq

- Başgicəllənmə

- Təngnəfəslik

- Qulaqlarda küy və ya fit səsi

- Baş sıxılması

- Ağarmış üz dərisi

- Soyuq əl-ayaqlar

- Döş qəfəsində ağırlıq

- Dodaqlarda göyərmə

Aspirinin səbəb olacağı daha ağır qanamalarda nəcis qara rəng alır. Nadir halda qanlı ishal, qusma olur. Bu zərərləri azaltmaq üçün aspirini yemək zamanı, dolu mədəyə qəbul etmək lazımdır.

Aspirin qəbul edənlər iltihab əleyhinə dərmanlar, naproksin və ibuprofen qəbul etməməlidir.

Tarix
2021.10.20 / 02:05
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla