Yuxarı

SN-in eksperti valideynlərə müraciət etdi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
SN-in eksperti valideynlərə müraciət etdi

Səhiyyə Nazirliyi məktəblilərin valideynlərinə müraciət edib.

Axar.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov məktəblilərin peyvənd olunmayan qrupa aid olduğunu bildirib.

O xatırladıb ki, azyaşlılar koronavirusu böyüklərə nisbətən yüngül keçirsələr belə, müəllimlərə ötürə bilərlər: “Baxmayaraq ki, müəllimlərin 80%-i peyvənd olunub, ancaq onlar evdəkiləri yoluxdura bilərlər".

Distant təhsilin effekt vermədiyini bildirən infeksionist dövlətin də məktəblərin bağlanmasını istəmədiyini qeyd edib:

"Buna görə də valideyn çalışmalıdır ki, övladının səhhəti barədə daim məlumatlı olsun. Yaxşı olardı ki, evdə səhər-axşam övladlarının hərarətlərini ölçsünlər. Xəstəliyindən asılı olmayaraq, xəstə uşağı məktəbə buraxana qədər xəstəliyi aşkarlamaq lazımdır. Çünki bilmədən məktəbə getdiyi vaxt ərzində şagirdlər yol boyu yoluxma sayını artırmış olur”.

Tarix
2021.10.20 / 16:14
Müəllif
Axar.az
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla