Yuxarı

Həkim məsləhəti olmadan uşaqlara vitamin verməyin!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həkim məsləhəti olmadan uşaqlara vitamin verməyin!

Payız və qış fəslində immunitet zəifləməsi baş verir. Məktəblərin açılışı, bağçalarda kütləviliyin artması xəstələnmə sayına təsir göstərmiş olur.

Axar.az Report-a istinadən xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib.

Onun sözlərinə görə, uşaqlarda immun sisteminin gücləndirilməsi üçün düzgün və sağlam qidalanma mütləqdir: “Körpə mümkün qədər ana südü ilə qidalanmalı, böyüklərdə balanslaşdırılmış qidalanma sistemi olmalıdır. Kiçikyaşlı uşaqlar təmiz havada çox gəzdirilməlidir”.

Nazirlik rəsmisi bildirib ki, həkim məsləhəti olmadan uşaqlara hər hansı vitamin verilməsi düzgün deyil: “Həkimin resepti olmadan vitamin qəbulu fəsadlaşmaya səbəb ola bilər. Valideynlər elə düşünür ki, vitamin qəbulu ilə uşağının immun sistemini qaldıra bilər. Lakin elə vitaminlər var ki, orqanizmdə yüklənərək qala bilər. Nəticədə ciddi fəsadlar müşahidə oluna bilər. Mədə-bağırsaq pozutuları da məhz bu səbəbdən qaynaqlanır. Qastrit xəstəliyi də adətən bundan qaynaqlanır”.

Tarix
2021.10.27 / 15:56
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla