Yuxarı

Yeni doğulanlar arasında koronaya yoluxma var

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni doğulanlar arasında koronaya yoluxma var

Koronavirusun ilk yarandığı vaxtlarda dölə göstərdiyi təsirlə indiki vaxtda göstərdiyi təsir eyni deyil.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova deyib.

O bildirib ki, hər ay yeni ştammlar ortaya çıxır və onların da hər birinin özünəməxsus şəkildə dölə təsiri olur:

"Məsələn, xəstəlik ortaya çıxan ilkin vaxtlarda yeni doğulmuşlar virusa yoluxmurdu. Amma indi yeni doğulmuşlar arasında da koronavirusa yoluxma halları kifayət qədər var. Ana bətnində biz bunu müəyyənləşdirə bilmirik. Amma doğuşdan sonra bütün uşaqlardan test götürülür və uşağın virusa yoluxub-yoluxmadığı aydınlaşdırılır. Bəzən koronavirus olmayan analar belə xəstəxanadan getdikdən sonra həm özü, həm də 10-15 günlük körpəsi COVİD-19-a yoluxa bilir".

Koronavirusun doğuş üsuluna təsirinə gəldikdə isə həkim-ginekoloq əlavə edib ki, virusun birbaşa yox, amma dolayısı ilə təsiri var:

"Koronavirus olarkən normal doğuş mümkündür. Düzdür, hamilə qadın qanı durulaşdırmaq üçün dərmanlar alır. Bu, həkim üçün müəyyən çətinlik törədir, amma normal doğuş həyata keçirilə bilər. Lakin xəstə çox ağır vəziyyətdədirsə, təcili keysəriyyə əməliyyatı ilə döl azad olunur ki, ananın həyatını xilas etmək mümkün olsun".

Tarix
2021.11.28 / 19:22
Müəllif
Axar.az
Digər xəbərlər

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla